“Turan Tovuz”un futbolçusu üçün yubiley matçı
11.05.2026 - 11:56
Misli Premyer Liqasının XXXI turu “Turan Tovuz”un yarımmüdafiəçisi Alexandro Serrano üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib.
Onun yubileyi “Karvan-Yevlax”la ev matçına (1:0) təsadüf edib.
Serrano bu qarşılaşmalarda 11 qola imza atıb. Premyer Liqada yalnız bir klubda çıxış edən futbolçu “Turan Tovuz”da 2023/24 mövsümündə debüt edib.
Serrano Premyer Liqada 100 və daha çox oyun keçirən ikinci ispaniyalıdır. Onadək yalnız “Qarabağ”ın sabiq futbolçusu Miçel buna nail olub.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."
0
0