
“Turan Tovuz” yay transfer dönəmində əsas futbolçularını komandada saxlamağı planlaşdırır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Alexandro Serrano da bunlardan biridir.
Futbolçunun müqavilə müddəti iyun ayının sonunda bitəcək.
Klub rəhbərliyi artıq onunla danışıqlara başlayıb. Qərb təmsilçisi ispaniyalını heyətində saxlamaqda israrlıdır.
Lakin yarımmüdafiəçi “Turan”la bağlı qərarını verməyib. O, düşünmək üçün müddət istəyib.
Komandanın avrokuboklara vəsiqə qazanması halında futbolçu klubda qalacaq.
Qərblilər avrokuboklara yollana bilməsə, Serrano qərarını mövsümün sonunda açıqlayacaq.
Qeyd edək ki, Alexandro 2023-cü ilin yayında “Hebar”dan “Turan Tovuz”a keçib. O, bu mövsüm komandanın heyətində 30 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Kəpəz”in kapitanı: “Neftçi” ilə matçdakı ilk qələbədən sonra demişdim ki…”
- “Araz-Naxçıvan” “Sumqayıt”la oyuna itkilərlə çıxacaq
- Yüksək Liqa: Təxirə salınmış oyuna təyinatlar açıqlanıb
- “Neftçi”də növbəti ayrılıqlar: UĞURSUZ ÇIXIŞIN SƏBƏBKARLARI
- Millinin baş məşqçisi: "Qrupdan çıxmaq şansımız olmasa da..."