Türkiyə millisinin futbolçusu “Real”da
06.07.2023 - 17:22
Türkiyə millisinin futbolçusu “Real”da

Türkiyə millisinin futbolçusu Arda Gülerin “Real”a keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

"Fənərbaxça"dan 20 milyon avroya transfer olunan 18 yaşlı yarımmüdafiəçinin təqdimat mərasimi sabah baş tutacaq. Arda ilə 6 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Arda 2019-cu ildə "Gənclərbirliyi"ndən "Fənərbaxça"ya keçib və iki il sonra əsas komandada debüt edib.
 

0