Türkiyə və İspaniya milliləri məğlub oldular
29.03.2023 - 01:05
Türkiyə və İspaniya milliləri məğlub oldular

AVRO-2024-ün seçmə mərhələsində II tura yekun vurulub.

Apasport.az xəbər verir ki, ilk turda səfərdə Ermənistana qalib gəlmiş Türkiyə millisi yer aldığı D qrupunda bu dəfə son dünya 3-cüsü Xorvatiyanı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

A qrupunda seçmə mərhələyə qələbə ilə başlayan İspaniya isə bu dəfə Şotlandiyaya məğlub olub.

AVRO-2024-ün seçmə mərhələsi

II tur

28 mart

A qrupu

Gürcüstan – Norveç 1:1
Şotlandiya – İspaniya 2:0

 

Xal durumu: Şotlandiya - 6. İspaniya - 3, Norveç - 1, Gürcüstan - 1 (1 oyuna), Kipr - 0 (1 oyuna)

D qrupu

Türkiyə – Xorvatiya 0:2
Uels – Latviya 1:0

Xal durumu: Uels - 4, Xorvatiya – 4, Türkiyə - 3, Ermənistan - 0 (1 oyuna), Latviya - 0 (1 oyuna)

I qrupu

İsveçrə – İsrail 3:0
Rumıniya – Belarus 2:1
Kosovo – Andorra 1:1

Xal durumu: İsveçrə - 6, Rumıniya – 6. Kosovo – 2, Andorra - 1, İsrail – 1. Belarus - 0.

 

0