Türkiyə yığması xal itirdi
09.09.2023 - 00:43
Türkiyə yığması xal itirdi

AVRO-2024-ün seçmə mərhələsində növbəti 3 qrupun oyunları keçirilib.

Apasport.az saytı xəbər verir ki, A qrupunda hər iki görüşündə qonaqlar böyükhesablı qələbə qazanıblar.

İspaniya yığması səfərdə Gürcüstanı 7:1 hesabı ilə məğlub edib. Şotlandiya isə qrupda maksimum nəticə göstərən yeganə komandadır. Şotlandlar rəqib meydanında Kiprin qapısından 3 cavabsız top keçiriblər. 

Portuqaliya millisi qrupda keçirdiyi 5-ci görüşü də qələbə ilə başa vurub. Bruno Fernandesin vurduğu qol oyunda yeganə olub.

Türkiyə yığması Ermənistanla oyunda xal itirib. Məölub durumuna düşən “ay-ulduzlular” sona yaxın məğlubiyyətdən qaça biliblər. Qazanılan bir xal qardaş ölkə futbolçularını lider mövqeyində saxlayıb. 

AVRO-2024, seçmə mərhələ
8 sentyabr

A qrupu
Gürcüstan – İspaniya – 1:7
Kipr – Şotlandiya – 0:3

Şotlandiya – 15, İspaniya – 6, Norveç – 4, Gürcüstan – 4, Kipr – 0 xal.
 
D qrupu
Türkiyə – Ermənistan – 1:1
Xorvatiya – Latviya – 5:0

Türkiyə – 10, Xorvatiya – 7, Ermənistan – 7, Uels – 4, Latviya – 0 xal.

J qrupu
Bosniya və Hersoqovina – Lixtenşteyn – 2:1
Lüksemburq – İslandiya – 3:1
Slovakiya – Portuqaliya – 0:1

Portuqaliya – 15, Slovakiya – 10, Lüksemburq – 10, Bosniya və Hersoqovina – 6, İslandiya – 3, Lixtenşteyn – 0 xal.
 

0