Türkiyəli mütəxəssis Moldova klubunu çalışdıracaq
18.10.2024 - 11:19
Türkiyəli mütəxəssis Moldova klubunu çalışdıracaq

Türkiyəli məşqçi Hikmet Karaman Moldova klubuna rəhbərlik edəcək. 

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis "Zimbru"ya baş məşqçi təyin edilib. Bu barədə Moldova klubunun mətbuat xidməti məlumat yayıb.

Karaman Kişinyov təmsilçisi ilə 1,5 illik müqaviləyə qol çəkib. 

64 yaşlı mütəxəssis son dəfə “Adana Demirspor”da işləyib. O, karyerası ərzində “Kocaelispor”, “Ankaragücü”, “Rizespor”, “Alanyaspor”, “Kayserispor” kimi komandalarda çalışıb.

0