Millimiz Uelslə bacarmadı - YENİLƏNİB
22.03.2025 - 16:55
Millimiz Uelslə bacarmadı - YENİLƏNİB

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib.

Apasport.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz son görüşündə Uels yığması ilə üz-üzə gəlib.

Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edib. 

Qeyd edək ki, U-17 qrupun ilk oyununda Albaniya (1:4) ilə qarşılaşıb.

22 mart

15:00. Uels (U-17) - Azərbaycan (U-17) 0:0

Baş hakim: Igor Bosca (Moldova)

Baş hakimin köməkçiləri: Ghennadi Lisita (Moldova), Yannick Mentz (Lüksemburq)

Dördüncü hakim: Jérémy Muller (Lüksemburq)