U-21 Qırğızıstanla heç-heçə oynadı
20.06.2023 - 21:54
U-21 Qırğızıstanla heç-heçə oynadı

21 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

Apasport.az-ın məlumatına görə, komanda öz meydanında Qırğızıstanla heç-heçə edib.

“Dalğa-Arena”da keçirilən matçın birinci hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra 61-ci dəqiqədə Murad Vəlieyv dəqiq zərbə ilə hesabı açıb. 790cu dəqiqədə isə qonaqlar penalti zərbəsini dəqiq yerinə yetirərək məğlubiyyətdən qaça biliblər.

Qeyd edək ki, U-21 yığmamız üç gün əvvəl Türkiyədə yerli komandaya 0:1 hesabı ilə uduzmuşdu.

Yoldaşlıq oyunu
Azərbaycan U-21 – Qırğızıstan U-21 – 1:1
Qollar:
Murad Vəliyev, 61 – Milan Bakverdinov, 79 (pen.).  
 

0