Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
05.09.2026 - 19:43
Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub

Bu gün Bakıda “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışı keçirilib.

Apasport.az xəbər verir ki, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutub.

Yarışın finiş xəttini ilk olaraq ABŞ-ı təmsil edən Maksim Kryat (04:01:21) keçib, amma ən yaxşı vaxtı xorvatiyalı Matej Yukiç göstərib – 04:01:20. 

Azərbaycan idmançıları arasında isə finiş xəttini ilk keçən Teymur Fərəcov (40-44 yaş) olub – 04:36:10.

Yarışın qalibləri sırasında üç Azərbaycan təmsilçisi olub: Leyla Abdulazizova (18-24 yaş kateqoriyası) və Natalya Vallek (50-54 yaş) qadınlar arasında, Anatoliy Afonenko (75-79 yaş) isə kişilər arasında. Mükafatçılar sırasına Tural Atakişiyev də yer alıb, o öz yaş kateqoriyasında (18-24 yaş) finişə ikinci çatıb. 

Yarışda həmçinin Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə də iştirak edib və məsafəni uğurla başa vurub.

Kişilər arasında estafet yarışında Azərbaycanı təmsil edən Team Metak (AlfaTriClub), qarışıq estafetdə isə Team Turan Team ikinci yer tutublar.

“IRONMAN 70.3” yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilib. Həmçinin tədbir çərçivəsində estafet yarışı da keçirilib. Kişilər, qadınlar və qarışıq komandalar arasında təşkil olunan yarışda ümumilikdə 47 komanda mübarizə aparıb.

Gərgin mübarizənin yekununda kateqoriyalar üzrə qaliblər aşağıdakı kimi müəyyənləşib:

18–24 (kişilər)

Alexandre Julyen (Fransa)

18–24 (qadınlar)

Leyla Abdulazizova (Azərbaycan)

25–29 (kişilər)

Saruxan Serter (Türkiyə)

25–29 (qadınlar)

Katarina Kasova (Slovakiya)

30–34 (kişilər)

Matej Yukiç (Xorvatiya)

30–34 (qadınlar)

Anastasiya Mosienko (Qazaxıstan)

35–39 (kişilər)

Julyen Leroks (Fransa)

35–39 (qadınlar)

Deliz Uilyams (Böyük Britaniya)

40–44 (kişilər)

Maksim Kryat (ABŞ)

40–44 (qadınlar)

Lai So Lisa Çeng (Honkonq, Çin Xalq Respublikasının xüsusi statusa malik bölgəsi)

45–49 (kişilər)

Aleksey Nikulin (Rusiya)

45–49 (qadınlar)

Ştefi Ridel (Almaniya)

50–54 (kişilər)

Dmitriy Semenov (Özbəkistan)

50–54 (qadınlar)

Natalya Vallek (Azərbaycan)

55–59 (kişilər)

Aleksey Retiunskiy (Qırğızıstan)

55–59 (qadınlar)

İdil Qazioqlu (Tükiyə)

60–64 (kişilər)

Vladimir Mixaylov (Qazaxıstan)

65–69 (kişilər)

Oleq Suxodolin (Rusiya)

65–69 (qadınlar)

Takako Morinaqa (Yaponiya)

70–74 (kişilər)

İskandar Şaxov (Özbəkistan)

75–79 (kişilər)

Anatoliy Afonenko (Azərbaycan)

80-84 (kişilər)

Valentin Çernov (Rusiya)

Həmçinin, ümumilikdə 47 komandanın iştirak etdiyi estafet yarışlarında da müxtəlif kateqoriyalar üzrə qaliblər bəlli olub.

Qadın estafet:

Team Nomad Queens (Qazaxıstan)

Kişi estafet:

Team Zynqaholics (Qırğızıstan)

Qarışıq estafet:

Team Triunuty (Qazaxıstan)

“Alufar IRONMAN 70.3 Baku” yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-da keçiriləcək “IRONMAN 70.3” Triatlon üzrə Dünya Çempionatına vəsiqə qazanıblar.

Xatırladaq ki, “Alufar IRONMAN 70.3 Baku” yarışlarında dünyanın 62 ölkəsindən 1500 idmançı iştirak edib. “IRONMAN 70.3” yarışı 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21 kilometr qaçış mərhələlərini əhatə edir.