Üçüncü oyunda ikinci qələbə
19.07.2023 - 21:07
Üçüncü oyunda ikinci qələbə

Boluda hazırlıq keçən “Qəbələ” növbəti yoxlama matçını keçirib.

Apasport.az-ın məlumatına görə, Azərbaycan kubokunun qalibi “Qostivar”la qarşılaşıb.

Şimalı Makedoniya təmsilçisi ilə qarşılaşmada “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib. Komandanın qollarını Əyyub Allaş və Osama Xalayla (2) vurublar. 

Qeyd edək ki, “Qəbələ” Boluda əvvəlki iki yoxlama oyununda “Sukleya”ya  (4:2) qalib gəlib, “Orenburq”la (1:1) heç-heçə oynayıb.

Yoxlama oyunu
19 iyul
“Qəbələ” – “Qostivar” – 3:1
Qollar:
Əyyub Allaş, 42. Osama Xalayla, 45+1; 49.
 

0