UEFA-dan “Qarabağ”a 200 min avro
31.08.2023 - 13:52
UEFA-dan “Qarabağ”a 200 min avro

UEFA avrokubok iştirakçılarına növbəti vəsait bölgüsünü reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

2023/2024-cü illər mövsümündə Çempionlar Liqası və Avropa Liqasında iştirak edən klublar üçün UEFA tərəfindən 200 min avro ayrılıb. Bu vəsait AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

Qeyd edək ki, Çempionlar Liqası ilə II təsnifat mərhələsində vidalaşan Ağdam klubu Avropa Liqasının pley-offunda mübarizəni davam etdirir.

0