UEFA-dan "Qarabağ"a 504 min avroluq bonus
23.11.2022 - 16:23
“Qarabağ” UEFA-dan növbəti vəsait alıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu 504 min avro maliyyə vəsaiti əldə edib.
Bu, Avropa Liqasının qrup mərhələsində heç-heçə başa çatmış oyunların nəticəsinə görə, bundan əlavə, turnirdə iştirakla əlaqədar bonus olaraq UEFA tərəfindən verilib. Vəsait AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.
Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində 3-cü yeri tutaraq Konfrans Liqasının pley-offuna vəsiqə qazanıb.
- “Bavariya” Premyer Liqa ulduzunun transferində favoritdir – 70 milyon avroluq futbolçu
- “Xankəndi” üçün tarixi dönüş – Ev oyunları doğma şəhərdə
- “Kəpəz”in futbolçusu zədələnib - 3 həftə oynamayacaq
- Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik”
- Şəhid jurnalistlərin xatirəsinə həsr olunan turnirin püşkü atılıb
1
0