Uğur Pamuk: “Milliyə Qurban Qurbanov kimi baş məşqçi lazımdır”
19.04.2023 - 15:14
Uğur Pamuk: “Milliyə Qurban Qurbanov kimi baş məşqçi lazımdır”

“Azərbaycan millisinə Qurban Qurbanov kimi baş məşqçi lazımdır”. 

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk deyib.

Hazırda klubsuz olduğu üçün özünü müvəqqəti başqa sahədə sınamalı olan 34 yaşlı hücumçu yığmamızın inkişafı üçün baş məşqçi dəyişikliyini zəruri sayır. Pamuk millimizə “Qarabağ”ı nümunə göstərib: “Ona vaxt, dəstək lazımdır. Belə olsa, nə isə alına bilər. Baxın, görün, Qurbanov “Qarabağ”ı haralara gətirib çıxardı. İndi hansısa məşqçi Ağdam klubuna gəlsə, həmin “Qarabağ” olmayacaq. Bunu dəqiq deyirəm. Komandanın buralarda olmasında 70-80 faiz Qurbanovun əməyi var”.

Qeyd edək ki, milliləşən Almaniya türkü hazırda vətənində inşaat sahəsində çalışır. Vaxtilə “Xəzər Lənkəran” və “Sumqayıt”ın formasını geyinmiş Uğur yığmada 1 matç keçirib.

0