Ukraynalı futbolçu “Sumqayıt”da - RƏSMİ
23.01.2026 - 20:11
Ukraynalı futbolçu “Sumqayıt”da - RƏSMİ

"Sumqayıt" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Polissye"dən Danilo Beskorovaynini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd eədk ki, Danilo Beskorovayni mövsümün ilk yarısında "Polissye"nin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol vurub.