![Uşaq meydançaya qaçdı, "Sumqayıt" cəzalandırıldı](https://apasport.az/storage/news/2024/february/21/big/65d5e6021e96b65d5e6021e96c170851686665d5e6021e96965d5e6021e96a.jpg)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, bu gün baş tutan iclasda aşağıdakı qərarlar qəbul edilib:
17.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
18.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sumqayıt” – “Turan Tovuz” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);
18.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sumqayıt” – “Turan Tovuz” oyununun 2-ci hissəsi “Sumqayıt” klubunun meydançaya gec daxil olması səbəbindən 4 dəqiqə gec başladığı üçün “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 60.4);