Valdas Dambrauskas: “Azarkeşlərimiz üçün qalib gəlməliyik”
20.07.2026 - 17:38
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “KuPS”a qarşı keçirəcəkləri ilk oyun barədə danışıb.
Apasport.az xəbər verir ki, litvalı mütəxəssis mətbuat konfransında komandasının qələbə üçün əlindən gələni edəcəyini bildirib.
“Ümid edirəm ki, rəqibimiz qonaqpərvərliyimizi hiss edəcək. Bizim ümidlərimiz böyükdür. Sabahkı oyuna ən yaxşı şəkildə köklənməliyik. Azarkeşlərimiz üçün qələbə qazanmalıyıq. Buna görə əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Sabah” – “KuPS” matçı iyulun 21-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
0
0