
"Hamınızı salamlayıram. Şadam ki, oyunöncəsi mətbuat konfransında bu qədər insan görürəm. Avropada bu cür oyunlar çox önəmli və həyəcanlı olur. Həyəcanla və səbirlə bu oyunu gözləyirik".
Apasport.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında deyib.
Litvaniyalı mütəxəssis rəqibin çox təcrübəli olduğunu bildirib: "Keçən mövsüm çox sürprizlər edib. Bilirik ki, "Selye" ötən mövsüm KL-də irəliləyib. Çox güclü rəqibdir. Amma məşqçilər korpusu, klub olaraq bu oyunu böyük səbirsizliklə gözləyirik. Əlimizdən gələni edəcəyik. Bütün azarkeşləri stadiona dəvət edirik. Söz verirəm ki, ən yaxşı performansımızı göstərməyə çalışacağıq. Çalışacağıq ki, birinci mərhələ üçün yaxşı nəticə əldə edək".
O, Azərbaycan klubuna gəlişini belə dəyərləndirib:
"Belə vəziyyətlərdə çox tez qərar verirsən. "Sabah" təklif göndərəndə, başqa klubla müqaviləm var idi. "Sabah"ın çox iddialı olması qərarıma çox təsir etdi. Bilirən ki, klub 8 ildir yaranıb. Çox uğurlar əldə ediblər. Kuboku da qazanıblar. Klubun iddiası məni cəlb etdi ki, bura gəlim. İnanıram ki, 4-cü gün mövsümə uğurlu çıxışla addım atmış atacağıq".
- “Turan Tovuz” onu da komandada saxlayacaq - müqaviləsi uzadılacaq
- Yığmamız Çexiyaya böyük hesabla məğlub oldu
- Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”
- "Araz-Naxçıvan" I Liqa klubu ilə heç-heçə edib
- Azərbaycan Kuboku: "Göygöl" və "Xankəndi" növbəti mərhələdə - YENİLƏNİB