Vaqif Cavadov: “Səhvləri heç vaxt kiminsə üzərinə atmamışam”
30.11.2024 - 19:16
Vaqif Cavadov: “Səhvləri heç vaxt kiminsə üzərinə atmamışam”

Misli Premyer Liqasının XV turunun "Zirə" - "Sumqayıt" matçından (4:1) sonra qonaqların baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.

“İki fərqli hissə gördük. Pis komandaya qarşı oynamadıq. “Zirə” çox yaxşı mübarizə apardı. Bilirdik ki, çətin oyun olacaq. Onlara hörmətlə yanaşırdıq. Amma bizə vurulan qollar bəlkə də çempionatı götürsək, hədiyyə olunan qollar idi. Bəziləri deyər ki, rəqib məcbur etdi. Amma fərdi səhvlərimiz bu qollara gətirib çıxardı. Komandanın oyunundan razıyam. İlk hissədən tam razıyam. Yaxşı oyun oynadıq. Futboldur. Rəqib səhvlərimizdən istifadə etdi. Onları təbrik edirəm. Hər şey qaydasındadır. Futbolçularıma təşəkkür edirəm. Səhvlər olur, işləyəcəyik". 

- İkinci hissədə nə dəyişdi ki, komanda çox asan qollar buraxdı?
- 60-70-ci dəqiqədə olsaydı, fiziki güclə əlaqələndirərdim. Amma konsentrasiya, lazımsız ötürmələr... Futbolçular səhv etdi, qollar buraxdıq. Səhvlər ola bilər, gənclərimiz də çoxdur. Səhvləri heç vaxt kiminsə üzərinə atmamışam. Komanda kimi uduzmuşuq. 

- Səhv etmirəmsə, Sərtan Taşkının üzərinə əsəbiləşdiz, hətta onu əvəz etmək istəyirdiz...
- Futbolda emosiyalar olur. Sərtan komandada dəyər verdiyim oyunçulardandır. Gəncdir. Öz səhvini bilir. Heç bir futbolçu ilə konfliktim olmayıb, olmayacaq da. Bu bir daha təkrarlanmayacaq. 

- Fasilədə komandaya ruh yüksəkliyi verdiz?
- İstəyimiz də qələbə qazanmaq idi. İkinci hissə başlayanda da istəyimiz qalib gəlmək, pressinq etmək idi. Səhvlərimiz 70-ci dəqiqədə olsaydı, deyərdim yorulduq. Amma ikinci hissə başlayanda oldu. Komanda 3:1 uduzurdu, futbolçularda ruh düşkünlüyü var idi. Hesabı dəyişmək çətin idi. Normaldır. İnanıram ki, bu səhvləri növbəti oyunlarda etməyəcəyik. 

- Arxayınçılıq var idi?
- Nəyin arxayınçılığı? Heç bir arxayınçılıqdan söhbət gedə bilməzdi. Hər oyunda vuruşacağıq. Burda arxayınçılıq ola bilməz.

0