Vasif Durarbəyli Azərbaycan çempionu oldu
28.01.2023 - 16:04
Vasif Durarbəyli Azərbaycan çempionu oldu

Kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi məlum olub.

Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu gün ölkə çempionatında tay-brek görüşləri oynanılıb.

Finalın ilk rapib mübarizəsində ağ fiqurlarla oynayan Vasif Durarbəyli rəqibi Vüqar Əsədlini məğlub edib. İkinci görüşdə də qələbə qazanan Vasif Durarbəyli Azərbaycan çempionatının qalibi olub.

Bu Durarbəylinin karyerasında ikinci ölkə çempionluğudur. İlk dəfə 2021-ci ildə şahmatçı Azərbaycan çempionatında birinci yeri tutub. 

Üçüncü yer uğrunda görüş Eltac Səfərli - Məhəmməd Muradlı arasında keçirilib. İlk rapid oyunu heç-heçə başa çatıb. İkinci oyunda ağ fiqurlarla mübarizə aparan Eltac Səfərli rəqibi məğlub etməklə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 25 min manat təşkil edir. Çempion 10 min manat pul mükafatı qazanıb.

0