Vasili Berezutski: "Söz-söhbətlər bizə təsir etmir"
29.05.2025 - 14:53
Vasili Berezutski: "Söz-söhbətlər bizə təsir etmir"

"Bizi maraqlı oyun gözləyir. Kubokun final matçıdır. "Sabah" ilk dəfədir ki, finalda oynayır. Bu finalda heç-heçə olmayacaq, ya qalib gəlməlisən, ya da udmalısan. Gərgin, maraqlı oyun olacaq".

Apasport.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan kubokunun finalında "Qarabağ"la keçiriləcək oyundən öncə mətbuat konfransında deyib.

Mütəxəssis daha sonra media nümayəndələrinin suallarını cavablandırıb: 

- Komandada hansısa problemlər var?
- Seymur Məmmədov zədəlidir. Qalan hər kəs düşərgədədir. Bu oyunun əhəmiyyətini bilirdik. Bir aydır ki, bu matça hazırlaşırdıq. Hər şey qaydasındadır. 

- Uğursuz olacağınız təqdirdə, komandadan göndəriləcəyiniz iddia edilir. Hətta namizəd də bəllidir. Vacib oyunöncəsi bu xəbərlər sizə necə təsir edir?
- Söz-söhbətlər bizə təsir etmir. Hamımız kuboka köklənmişik. Kubokdan sonra danışmaq olar. Düzü, mən mətbuatı oxumuram. Bu cür xəbərlər mənə təsir etmir.  

- Kubokun finalında uğursuz olsaz, komandadan gedəcəksiz, yoxsa rəhbərliyin sizi göndərməsini gözləyirsiz?
- Bu barədə danışmaq üçün çox erkəndir. Təyin olunandan bir həftə sonra istefaya getməliydim. Gözləyək, sonra danışarıq bu barədə.

- Dəfələrlə futbolçu kimi Rusiya kubokunun finalında oynamısınız. Final oyununun özəlliyini nədə görürsüz?
- Futbolçu və məşqçi kimi eyni hissləri keçirirəm. Öz gücünü meydanda verməlisən. Qələbə üçün əlindən gələni etməlisən.  

- "Sabah"a gəldikdən sonra "Qarabağ"a uduzmamısız. Bunu final öncəsi psixoloji üstünlük hesab edirsiz?
- Bunu üstünlük və ya zəiflik hesab etmək olar. "Qarabağ" da motivasiyalı olacaq. Onlar üçün də önəmlidir. Şanslar 50/50-dir. "Qarabağ" favorit sayılır. Silah açılmamış yıxılmaq olmaz. 

- Leonid Slutski ilə birlikdə uzun müddət işləmisiz. O da təcrübəli və sizə yaxın biridir. Maraqlıdır, "Qarabağ"ı necə məğlub etmək barədə onunla söhbətiniz olub?
- Yox. Amma ümumi anlar var ki, məşqçilər aramızda müzakirə edirik. 

- "Qarabağ"a qalib gəlib avrokuboklara vəsiqə qazansanız, hazırkı heyəti qoruyub-saxlayacaqsız?
- Oyuna iki gün qalıb. Gələcəkdə necə olacaq, onu bilmirəm. Qalib də gələ bilərik, uduza da bilərik. Necə olacağını finalda görəcəyik.