Vlahoviç fikir ayrılığı yaratdı
02.06.2023 - 17:54
“Bavariya” Duşan Vlahoviçin transferi üçün “Yuventus”la danışıqlara başlayıb.
Apasport.az saytının məlumatına görə, artıq tərəflər arasında məbləğlə bağlı fikir ayrılığı yaranıb.
Almaniya klubunun baş məşqçisi Tomas Tuxel serbiyalı hücumçunu sərəncamında görmək istəyir. Münhenlilər onun üçün 55-60 milyon avro ödəməyə razıdır.
“Yuventus” isə 23 yaşlı futbolçunun satışından minimum 90 milyon qazanmaq fikrindədir. İtaliya klubu güzəştə getmək fikrində də deyil.
Qeyd edək ki, Vlahoviç A seriyasının son mövsümündə 23 matçda 10 qol vurub.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək
0
0