Volkov “100”ə çatdı
23.02.2026 - 13:17
Misli Premyer Liqasının XXI turunun “Turan Tovuz”la oyunu Davit Volkov üçün yubiley xarakteri daşıyıb.
Apasport.az xəbər verir ki, o, “Zirə”nin heyətində 100-cü çempionat matçını keçirib.
Gürcüstanlı hücumçu bu qarşılaşmalarda 36 qol vurub. Davit Premyer Liqada “Zirə” forması ilə ilk oyununu 2020-ci il fevralın 1-də “Sabah”a qarşı (2:0) keçirib.
Qeyd edək ki, Volkov turnirdə “Qəbələ” və “Sabah”da da çıxış edib.
0
0