Vüqar Əsgərli "Qarabağ"da
26.01.2024 - 00:20
Vüqar Əsgərli "Qarabağ"da

“Qarabağ”da yeni təyinat gerçəkləşib.

Apasport.az xəbər verir ki, Vüqar Əsgərli bundan sonra klubun futbol akademiyasında çalışacaq.

 
O, “Qarabağ”ın U-15 komandasının baş məşqçisi təyin edilib. Əsgərlinin son klubu 2022-23-cü illərdə çalışdırdığı “Şamaxı” olub.
 
Qeyd edək ki, mütəxəssis bunadək Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının baş məşqçisi kimi çalışıb.

0