“Xankəndi” 8 futbolçu ilə yollarını ayırdı
01.07.2025 - 11:36
“Xankəndi” 8 futbolçu ilə yollarını ayırdı

Region Liqasının son qalibi “Xankəndi” 8 futbolçu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Anar Babayev, Rəşad Həmidov, Coşqun Qorçiyev, Ziya Məmmədli, Murad Rəhimli, Ruzigar İbrahimzadə, Bayram Əliyev və Elariz Xəlilli II Liqaya vəsiqə qazanan komandadan ayrılıb.

Bildirilir ki, bu futbolçularla yollar qarşılıqlı razılaşma əsasında ayrılıb.