Bakıda kişi və qadın taekvondoçular arasında keçirilən komandalararası dünya çempionatında yarımfinal cütləri məlum olub. Apasport.az saytının məlumatına görə, mübarizəni davam etdirəcək komandalar arasında Azərbaycan da var.
Reza Mehmandostun rəhbərlik etdiyi millimiz buna qrup qalibi olmaqla nail olub. Onlar final üçün digər qrupun ikincisi Türkiyə ilə döyüşəcəklər. Digər yarımfinal cütündə Cənubi Koreya Belçika ilə üz-üzə gələcək.
Qadın komandaların yarımfinal görüşlərində isə Çin Türkiyəni, Cənubi Koreya Rusiyanı sınağa çəkəcək.
Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları sabah olacaq. Dekabrın 13-də, həmçinin qarışıq cütlərin də yarışı nəzərdə tutulub.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək