Beynəlxalq Gimnastika Federasiyası ölkəmizə daha 3 böyük yarış etibar edib. Bu barədə apasport.az saytına məlumatı Azərbaycan Gimnastika Federasiyasından veriblər.
Belə ki, bu il olduğu kimi 2017-ci ildə də batut, idman və bədii gimnastika üzrə dünya Kubokları paytaxtımızda təşkil olunacaq. Azarkeşlər məşhur batutçuların yarışını fevralın 18-19-da izləyəcəklər. Ardınca – martın 16-19-da idman gimnastları mübarizəni Bakıda aparacaqlar. Bədii gimnastların Dünya Kuboku isə aprelin 28-də başlayıb, 3 gün sonra bitəcək.
2017-ci ildə ölkəmiz gimnastikanın müxtəlif növləri üzrə beynəlxalq hakimlər kursuna da ev sahibliyi edəcək.
Qeyd edək ki, gələn il mayın 12-22-də IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 3 gimnastika növü (kişi və qadın idman gimnastikası, bədii gimnastika) üzrə yarışlar da təşkil olunacaq.
- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb