Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-Pri yarışlarına start verilib. Apasport.az saytı xəbər verir ki, yarışın ilk günündə cüdo üzrə Azərbaycan milli komandasının 3 üzvü qüvvəsini sınayıb.
60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov mübarizəyə ikinci mərhələdən qoşulub. Avstriya təmsilçisi Lüdviq Peyşeri, ardınca monqolustanlı Tsoqtbaatar Tsendoçiri məğlub edən Səfərov 1/4 finalda Böyük Britaniya idmançısı Eşli Makkenziyə qalib gəlib. Lakin idmançımız yarımfinalda braziliyalı Erik Takabatakeyə uduzaraq, bürünc medal uğrunda Özbəkistan təmsilçisi Şarafuddin Lütfillayevlə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Orxan Səfərov rəqibinə qalib gələrək, Kuba Qran-Prisində millimizin aktivinə ilk medalı yazdırıb.
Digər iki cüdoçumuz – İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) isə mübarizəni erkən dayandırıblar.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub