“Avropa çempionatında fəxri kürsünün birinci pilləsinə qalxmaq üçün hazırlaşıram”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.
Türkiyə millisinin şərəfini qoruyan sprinter 2018-ci il üçün hədəflərini açıqlayıb. “Ay-ulduzlular”a dünya çempionatının ilk qızıl medalını qazandıran Quliyev bildirib ki, əsas məqsədi qitənin ən güclüsü adına yiyələnməkdi: “Mundialdan sonra Avropa çempionatında da İstiqlal Marşımızı səsləndirmək gözəl olar. Növbəti il 200 m məsafəyə qaçışda da çempion titulunu qorumaq ən böyük hədəfimdi. Hazırlıqlarım ən yüksək səviyyədə gedir. Buna görə də formam hər gün yaxşılaşır”.
Qeyd edək ki, “Fənərbaxça”nın şərəfini qoruyan Quliyev Azərbaycanda ona diqqət göstərilməməsi səbəbindən ayrılmışdı.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib