İtaliya Milli Olimpiya Komitəsi (CONİ) Roma şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb. Apasport.az saytının məlumatına görə, bu barədə rəsmi qərarı CONİ-nin prezidenti Covanni Malaqo açıqlayıb.
O keçirdiyi mətbuat konfransında bildirib ki, artıq namizədliyi geri götürmək üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məktub göndəriblər: “Bu gün səhər namizədlikdən imtina etdik”.
Maloqo 2019-cu ildə BOK-un İcraiyyə Komitəsinin Milanda keçirilməsi istəyini də məktuba əlavə etdiklərini deyib.
Nəticədə Oyunları keçirməyə namizəd kimi Budapeşt (Macarıstan), Los-Anceles (ABŞ) və Paris (Fransa) şəhərləri qalıb. 2024-cü ildə olacaq yarışın ev sahibinin adına isə 2017-ci il sentyabrın 13-də Perunun paytaxtı Limada aydınlıq gələcək.
Qeyd edək ki, Roma 2020-ci ildə də Olimpiadaya ev sahibliyi etmək arzusunda olsa da, İtaliya hökuməti iqtisadi böhran səbəbindən namizədlikdən imtina etmişdi.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək