2018-ci ildə keçiriləcək dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı yığması mundiala vəsiqəni rəsmiləşdirib.
Buna Asiya zonası üzrə III seçmə mərhələsinin başa çatması ilə aydınlıq gəlib. B qrupunda 2-ci yeri tutan Səudiyyə Ərəbistanı digər Asiya təmsilçiləri – İran, Yaponiya və Cənubi Koreya kimi mundiala yüksəlib.
Qruplarda 3-cü olan Suriya və Avstraliya isə oktyabrın 5-də və 10-da keçiriləcək pley-offda qüvvəsini sınayacaq. Qələbə qazanıb, Asiyanın 5-cisi olacaq komanda qitələrarası pley-offda KONKAKAF-ın 4-cüsü ilə görüşəcək.
Qeyd edək ki, Asiyanın 4 təmsilçisindən başqa, meydan sahibi Rusiya, həmçinin Braziliya, Meksika, Belçika da mundialda oynamaq hüququ qazanıb.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar