Tennis üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Sergey Lixaçev vəfat edib. Apasport.az saytının məlumatına görə, 15 qat SSRİ çempionu oktyabrın 18-də Moskvada dünyasını dəyişib. O, 77 yaşında vəfat edib.
Qeyd edək ki, Lixaçev 1973-cü ildə milli komandada son matçını keçirib. O, 1 il sonra SSRİ çempionu olsa da, məşqçiliyə başlayıb. Lixaçev Bakının “Leçi” klubunda işləyib. Sonradan Azərbaycan millisinin “sükanı arxasına” keçən mütəxəssis SSRİ yığmasında ikinci məşqçi kimi də çalışıb. 1991-ci ildə SSRİ Tennis Federasiyasının təyinatı ilə Portuqaliyaya gedib və bir neçə il də orda çalışıb.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək