Azərbaycan və “Qəbələ” İdman Klubunun təmsilçisi Pərviz Abdullayev kikboksinq üzrə yarışlarda növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, dəfələrlə dünya çempionu olan idmançımız Çinin Sanya şəhərində təşkil olunan “Kunlun Fight 56”da keçirdiyi ilk döyüşdən qalib ayrılıb.
75 kq çəki dərəcəsində çıxış edən Abdullayev kikboksinq üzrə reytinq xarakterli döyüşdə Çin idmançısı Ma Şuo ilə qarşılaşıb. Rəqiblər hər biri 3 dəqiqədən ibarət olan 3 raundda qüvvələrini sınayıblar. Təmsilçimiz qarşılaşmanı 3:0 hesablı qələbə ilə başa vurub. Turnirə qələbə ilə start verən idmançımız növbəti mərhələyə vəsiqə qazanıb.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib