Azərbaycan millisinin bütün rəqibləri Braziliyada keçirilən dünya çempionatında uğursuzluğa düçar olublar. Apasport.az saytının məlumatına görə, komandamızın həm sabiq, həm də gələcək rəqibləri qrupda qalıblar.
Belə ki, DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Rusiya və Portuqaliya mundialın qrup mərhələsinin son gününün uğursuzları olublar. Seçmə mərhələdə yığmamız 3 məğlubiyyətini bu komandalardan alsa da, onlar birlikdə dünya çempionatında vur-tut 1 qələbə qazanıblar:
H qrupu
Rusiya – Cənubi Koreya – 1:1
Belçika – Rusiya – 1:0
Əlcəzair – Rusiya – 1:1
Belçika |
3 |
3 |
0 |
0 |
4-1 |
9 |
Əlcəzair |
3 |
1 |
1 |
1 |
6-5 |
4 |
Rusiya |
3 |
0 |
2 |
1 |
2-3 |
2 |
C Koreya |
3 |
0 |
1 |
2 |
3-6 |
1 |
G qrupu
Almaniya – Portuqaliya – 4:0
ABŞ – Portuqaliya – 2:2
Portuqaliya – Qana – 2:1
Almaniya |
3 |
2 |
1 |
0 |
7-2 |
7 |
ABŞ |
3 |
1 |
1 |
1 |
4-4 |
4 |
Portuqaliya |
3 |
1 |
1 |
1 |
4-7 |
4 |
Qana |
3 |
0 |
1 |
2 |
4-6 |
1 |
Bunadək isə millimizin gələcək - Avro-2016-dakı rəqibləri İtaliya ilə Xorvatiya uğursuzluq yaşamışdı. A və D qruplarında yer alan komandalar 1/8 finala yüksəlmək həsrətində qalıblar. Qitə çempionatının seçmə mərhələsindəki rəqiblərimiz də Rusiya və Portuqaliya kimi qrupda 3-cü olublar.
A qrupu
Braziliya – Xorvatiya – 3:1
Kamerun – Xorvatiya – 0:4
Xorvatiya – Meksika – 1:3
Braziliya |
3 |
2 |
1 |
0 |
7-2 |
7 |
Meksika |
3 |
2 |
1 |
0 |
4-1 |
7 |
Xorvatiya |
3 |
1 |
0 |
2 |
6-6 |
3 |
Kamerun |
3 |
0 |
0 |
3 |
1-9 |
0 |
D qrupu
İngiltərə - İtaliya – 1:2
İtaliya – Kosta-Rika – 0:1
İtaliya – Uruqvay – 0:1
Kosta-Rika |
3 |
2 |
1 |
0 |
4-1 |
7 |
Uruqvay |
3 |
2 |
0 |
1 |
4-4 |
6 |
İtaliya |
3 |
1 |
0 |
2 |
2-3 |
3 |
İngiltərə |
3 |
0 |
1 |
2 |
2-4 |
1 |
Qeyd edək ki, millimizin baş məşqçisi Berti Foqtsun müşaviri olduğu ABŞ millisi rəqiblərimizdən fərqli, 1/8 finala yüksəlib. Onlar Qanaya qalib gəldikdən (2:1) sonra Portuqaliya ilə heç-heçə (2:2) oynayıblar. Son turda isə Almaniyaya uduzmalarına baxmayaraq (0:1) qrup ikincisi kimi mərhələ adlayıblar.