AİBA İcraiyyə Komitəsinin Qətərdə keçiriən toplantısında 2017-ci ildə boks üzrə böyüklər arasında dünya çempionatını qəbul edəcək şəhərin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq federasiyanın prezidenti Çinq Ko Vu növbəti mundialın 2 il sonra Almaniyanın Hamburq şəhərində keçiriləcəyini deyib.
O bildirib ki, dünya çempionatını keçirmək üçün 3 federasiya namizədliyini irəli sürmüşdü: “Uzun sürən araşdırmadan sonra Hamburqa üstünlük verdik. Hamburq sentyabrda APB-nin finalını yüksək səviyyədə qəbul edərək, bu cür yarışların keçirilməsində təcrübəsi olduğunu göstərdi. Uzun fasilədən sonra boks üzrə dünya çempionatı yenidən Avropada təşkil olunacaq".
Almaniya Boks Federasiyasının prezidenti Yurqen Kyas bu qərara sevindiklərini bildirib: “Qətər Boks Federasiyası Dohada böyük işlər gördü. AİBA-nın növbəti yarışı bizə həvalə etməsi böyük etimaddan xəbər verir".
Qeyd edək ki, Almaniya (Münhen, 1982-ci il və Berlin, 1995-ci il) üçüncü dəfə dünya çempionatına ev sahibliyi edəcək.
- Bakıda Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
- 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək
- Vəfa Musayeva: "Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi"
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır