Xorvatiyada reytinq turniri
08.01.2024 - 17:02
Xorvatiyada reytinq turniri

Xorvatiyada güləş üzrə reytinq turniri başlayır.

Apasport.az xəbər verir ki, paytaxt Zaqrebdə təşkil olunacaq yarışda 26 güləşçimizin iştirakı planlaşdırılır.

Qaydalara əsasən ilk iki gündə məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Qadjiyev (74 kq), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi 86 kq), Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq) yer alıb.
Daha sonra xalça qadın güləşçilərin ixtiyarına veriləcək. Baş məşqçi Semyon Şterev və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolovadan (68 kq) ibarət komandamız medallar uğrunda mübarizəyə qoşulacaq.
Yarışın son günləri isə yunan-Roma güləşçilərinin mübarizəsinə səhnə olacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) turnirdə iştirak edəcək.
Qeyd edək ki, yanvarın 10-dan 14-dək davam edəcək yarışda I kateqoriyalı hakim Kamran Əliyev ədaləti qoruyacaq.

0