XXVI turun oyun cədvəli açıqlanıb
06.05.2026 - 12:27
XXVI turun oyun cədvəli açıqlanıb

II Liqada XXVI turun oyun cədvəli bəlli olub.

Apasport.az xəbər verir ki, üç günü əhatə edəcək turun bütün görüşləri Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.

Matçlar saat 17:00-da start götürəcək.

10 may (bazar)

“Araz Saatlı” – “Ağstafa Gəncləri”
Saatlı OİK stadionu

“Sheki City” – “Göygöl”
Zaqatala OİK stadionu

“Ağdaş” – “Kür-Araz”
Ağdaş şəhər stadionu

11 may (bazar ertəsi)

“Xankəndi” – “Şirvan”
Şamaxı OİK sadionu

“Qaradağ Lökbatan” – “Quba”
Lökbatan OİK stadionu

12 may (çərşənbə axşamı)

“Dinamo” – “Şəmkir”
Binə qəsəbə stadionu