Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı start götürüb
13.09.2026 - 11:54
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı start götürüb

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına start verilib.

Apasport.az xəbər verir ki, yarış federasiyanın Şıx çimərliyi ərazisində yerləşən Yelkən Mərkəzində təşkil olunur.

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra iştirakçılara yarışın reqlamenti, mübarizə qaydaları və çempionatda iştirak edən idmançılar barədə məlumat verilib. Rəsmi hissənin ardından yarışlara start verilib.

Qeyd edək ki, çempionatda Azərbaycanla yanaşı, Türkiyədən 10 idmançı Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparır. Yarış sentyabrın 14-dək davam edəcək.

Mükafatlandırma mərasimi sentyabrın 14-də saat 18:00-da keçiriləcək. Qaliblər diplom və medallarla təltif olunacaq, bütün iştirakçılara isə Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.