“Turan Tovuz”dan xal itkisi - YENİLƏNİB
15.03.2026 - 16:54
“Turan Tovuz”dan xal itkisi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXIV tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, günün ilk görüşü Yevlax şəhər stadionunda keçirilib.

"Kəpəz" "Turan Tovuz"u qəbul edib. Qərb derbisində qarşılıqlı qollar vurulub. Tərəflər meydandan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Misli Premyer Liqası
XXIV tur
15 mart

15:00. "Kəpəz" – "Turan Tovuz" 1:1
Qollar: R. Hacıyev, 55 - J. Batista, 61
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu