21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama görüşünü keçirib.
Apasport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Matçın start fiti saat 20:00-da səsləndirilib.
Gərgin keçən qarşılaşmada qol səsi çıxmayıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, U-21 iyunun 4-də Baranoviçi şəhərində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə münasibətləri aydınlaşdırıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yoxlama oyunu
20:00. Azərbaycan - Monteneqro 0:0
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək