Yığmamız Almaniyada 4-cü oldu
24.03.2024 - 22:56
Almaniyada yeniyetmə və gənc qızlar arasında keçirilən beynəlxalq Türingiya kubokuna yekun vurulub.
Apasport.az xəbər verir ki, turnirdə Azərbaycan yığması 2 qızıl və 1 gümüş medal qazanıb.
40 kq çəkidə Xədicə Abdullayeva və 52 kq çəkidə Vüsalə Hacıyeva bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. 44 kq çəkidə Leyla Ələkbərova finalda uduzaraq, 2-ci olub.
Qeyd edək ki, millimiz turnirdə 6 çəki dərəcəsində 15 cüdoçu ilə təmsil olunub. Ümumi sıralamada yığmamız 4-cü olub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0