Yığmamız Çexiyaya böyük hesabla məğlub oldu
10.10.2025 - 21:52
Yığmamız Çexiyaya böyük hesabla məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, millimiz Karvina şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Karvina şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Avropa çempionatı, seçmə mərhələ

Çexiya (U-21) - Azərbaycan (U-21) 5:0 
Qol: 
Lukaş Maşek, 40, 59, 75, Lukas Ambros, 55, Planka, 85

Karvina şəhər stadionu. Saat 20:00
Baş hakim: Yovan Kaçevski
Baş hakimin köməkçiləri: Daniel Vasilevski, Aleksandar Gyorgyeski
Dördüncü hakim: Krumislav Gyorgiev
(Hakimlər briqadası Şimali Makedoniyadandır)