Yığmamız Portuqaliyaya böyük hesabla uduzdu - YENİLƏNİB
27.03.2026 - 16:52
Yığmamız Portuqaliyaya böyük hesabla uduzdu - YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Portuqaliya yığması ilə qarşılaşıb.

8-ci km qəsəbə stadionunda keçirilən görüş saat 15:00-da başlayıb.

Yunanıstandan olan hakimlər briqadasının idarə etdiyi matç “İdman TV” kanalı vasitəsilə canlı yayımlanıb.

Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. 

Avropa çempionatı, seçmə mərhələ
VI tur 

15:00. Azərbaycan (U-21) – Portuqaliya (U-21) 0:4
Baş hakim:
 Xristos Vergetis 
Baş hakimin köməkçiləri: Andreas Fotopulos, Konstantinos Staykos 
Dördüncü hakim: Aleksandros Katsikogiannis 
Bakı, 8-ci km qəsəbə stadionu