Yığmamız üçün YUBİLEY
27.03.2023 - 16:26
Yığmamız üçün YUBİLEY

Azərbaycan millisi Avropa çempionatlarının seçmə mərhələlərində 70-ci oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamızın yubileyi Solnada baş tutacaq.

İsveçlə səfər görüşü AVRO-2024-ün ikinci turunda gerçəkləşəcək. Komandamız qitə çempionatlarında 1994-cü ildə debüt edib.

İlk matçını AVRO-1996-nın seçmə mərhələsində keçirən komanda indiyədək 69 oyuna çıxıb. 70-ci sınaq öncəsi millinin hesabında 6 qələbə və 10 heç-heçə var.

Yığmamız bu müddətdə 53 dəfə uduzub. 42 qol vuran komanda 169 top buraxıb.

Qeyd edək ki, İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

0