
Azərbaycan millisinin iki futzalçısı qaçaqmalçılıqda ittiham olunur.
APA-nın əldə etdiyi xəbərə görə, yığma üzvlərindən Xətai Bağırov və Xəzər Ağalızadə ölkəyə gömrük sərhədində bəyan edilməmiş mallar keçirmək istəyiblər.
İttihama görə, onlar “Iphone” markalı mobil telefon və qiymətli qol saatlarını Azərbaycana keçirmək istəyiblər.
Futzalçılar malları Türkiyədə əldə edib, qaçaqmalçılıqla İstanbuldan Azərbaycana gətirən zaman isə gömrükçülər tərəfindən saxlanılıblar.
Xətai Bağırov və Xəzər Ağalızadəyə qarşı Cinayət Məcəlləsinin 206 (qaçaqmaçılıq) maddəsi ilə ittiham verilib, barələrində ibtidai və məhkəmə istintaqı dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
- Filip Krovinoviç: "Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu bilirik"
- "Hayduk"un baş məşqçisi: "15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir"
- Rəşad Sadıqovdan Yurçeviçə cavab: “Özünün Azərbaycanda müqaviləsi necə olub?”
- Qismət Alıyev: “Oyuna tam hazırıq”