Yoxlama oyunu: "Qəbələ" “Mingəçevir”lə qarşılaşacaq
17.01.2025 - 10:35
![Yoxlama oyunu: "Qəbələ" “Mingəçevir”lə qarşılaşacaq](https://apasport.az/storage/news/2025/january/17/big/6789fa4e487f36789fa4e487f417370957586789fa4e487f16789fa4e487f2.jpg)
Mövsümün ikinci hissəsinə hazırlığını davam etdirən “Qəbələ” ilk yoxlama oyununu yanvarın 19-da keçirəcək.
Klubdan apasport.az-a verilən məlumata görə, “qırmızı-qaralar” ötən günlərdə özünə yeni sponsor tapmış “Mingəçevir”lə görüşəcək.
Qəbələ şəhər stadionunda baş tutacaq oyun saat 16:00-da start götürəcək.
Qeyd edək ki, hazırlığa yanvarın 9-da start verən Kaxaber Tsxadadzenin yetirmələrinin 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.
0
0