AFFA-nın bayrağı altında təşkil edilən Yüksək Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün püşkü atılıb.
Apasport.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən püşkatma mərasimində ilk olaraq AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edərək, turnirə qatılan komandalara uğurlar arzulayıb.
Daha sonra AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva çempionatın reqlamenti ilə bağlı məlumat verib. AFFA Yüksək Qızlar Liqasında ötən mövsümlə müqayisədə komanda sayı iki dəfə artırılıb.
Belə ki, 12 komandanın iştirakı ilə təşkil olunacaq çempionat iki dövrədən ibarət – ev-səfər prinsipi ilə dairəvi sistemlə keçiriləcək.
AFFA Yüksək Qızlar Liqasında I turun oyunları oktyabrın 9-12-də keçiriləcək.
I turun təqvimi
“Qəbələ” – “Araz-Naxçıvan”
“Sabah” – “Şəfa”
“Baku Juniors” – “Zaqatala”
“Sumqayıt” – “Təhsil”
“Dirçəliş” – “Liman”
“Neftçi” – Ümid” (Gəncə)
- Premyer Liqada klub sayı artırıla bilər - STADİON MƏSƏLƏSİ HƏLL OLSA...
- "AFFA-nın rəhbəri yalnız Rövşən Nəcəf deyil"
- AFFA-nın tərkibində olan federasiyalara ayrılan vəsaitlər açıqlanıb
- “Eyeball” tərəfindən klublar üçün seminar keçirilib
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”