Misli Premyer Liqasının XVIII turunun "Araz-Naxçıvan" - "Neftçi" matçından (0:4) sonra qonaqların baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
Sizdən öncəki məşqçilər Roman Qriqorçuk, Samir Abasov komandanın fiziki durumundan şikayətlənirdi. Bu gün isə komandada həm oyun intizamı var idi, həm də yüksək pressinq tətbiq edirdi. Demək olar ki, qışda daha çox fiziki durum üzərində işləmisiz ? Bu yöndə enişin yaşanmaq təhlükəsi var, yoxsa mövsümün sonuna qədər bu fiziki durumu saxlaya biləcəksiz?
- Əvvəldən istəyim o olmuşdu ki, bu performansımız bir oyunluq olmasın, hər matçda belə olaq. Çünki futbolçularım bunu edə bilərlər. Fiziki vəziyyətə gəldikdə, daha yaxşı olmalıyıq, önümüzdə daha çox işlər var. Çünki komandanın yaxşı fiziki durumu yaxşı olarsa, gözəl də oynayar, yaxşı pressinq edib, yaxşı hücumlar həyata keçirərlər. Bunların arxasında həm də sürət dayanır. Hətta oyundan əvvəl İmad Fərəc və Cordan Rezabala xəstələnmişdi, onlar yox idi. Heç bizimlə deyildilər. Çünki onlar 5 gün xəstə oldular, digər oyunçular meydanda yaxşı görünürdülər. Bizdə ulduz yoxdur, kollektiv var. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün - bizim şüarımızdır. Ona görə hər biri ilə fəxr edirəm.
- "Zirə" ilə ötən turda edə bilmədiyiniz nələri bu gün etdiz? O matçı analiz edəndə, futbolçulardan bu gün nəyi etməli olduqlarını tələb etdiniz?
- Demişdim ki, "Zirə" ilə oyun çətin idi. Düşünmürəm ki, "Zirə" ilə oyuna hazır deyildik. Orada psixoloji durum faktoru rol oynadı. Yoldaşlıq matçlarındakı gözəl oynamışdıq, məhz bu gün oynadığımız matç kimi. Mənim üçün ən önəmlisi odur ki, futbolçularrın hər biri bugünkü kimi oynamasını çatdırım. O zaman mən də sakit, səbirli olacam.
- Freddi Varqasın zidisi nə dərəcədə ciddidir?
- Dəqiq deyə bilmərəm. Ayağına tikiş qoyublar. Orada çox ciddi kəsik var. ümid etməlk istəyirəm ki, hər şey yaxşı olacaq.
- Azərbaycanlı futbolçular rəqabətə görə çox da oynamırlar. Onların icarəyə yollanmasına icazə verəcəksiz?
- Heç kimi icarəyə verməyə hazırlaşmırıq. 22 futbolçumuz və 4 qapıçımız var. BUna qədər kim icarəyə verilibsə, olub. Hamısı oynamaq istəyir. Hər birinə şərait yaradacam. "Qəbələ"yə icarəyə verilən Rza Cəfərovu da izləyəcəyik.
- Yəqin ki, "Qəbələ" sizin üçün doğma klubdur. Bu klubda oğlunuz möhtəşəm heyətin üzvü olub. Oyun haqda nə düşünürsüz?
- Mən o komandaya böyük hörmətlə yanaşıram, oğlum orada 3 il oynayıb. Hörmət başqa, oyun başqa. Mən "Neftçi"nin udmasını istəyirəm. "Qəbələ"nin də baş məşqçisi bunu istəyir. Onlar da oyunları udurlar, çox maraqlı matç olacaq.
- Həm Andrey Ştoqrin, həm də Murad Məmmədov 90 dəqiqə oynamır. Bu, onların funksional hazırlığının 90 dəqiqə hazır olmamasını göstərir, yoxsa necə?
- Ştoqrin oyunun gedişində dizindən zərbə oldu. Ona afərin ki, o cür vəziyyətdə olsa da, oynadı. Əgər fiziki duruma gəldikdə, rahat şəkildə 120-130 dəqiqə qaça bilər. Özü əvəzetmə istədi. Hesab da bizə imkan verirdi ki, dəyişikliyə gedək. Eyni məsələ Murada da aiddir. 22 oyunçum var, hamısı oynamaq istəyir. Mütləq şəkildə bütün oyunçuların oynamasına şərait yaratmalıyam ki, daim ehtiyatda oturmasınlar, meydanda oyun göstərsinlər. Oyun praktikası tam başqadır, 30 dəqiqə oyun, saatyarımlıq məşqdən daha faydalıdır. Şadam ki, dəyişə biləcək resurslarım var və oyunçular da yaxşı oynayırlar. Abubakar və Kurçi qol vurdu, gözəl, super.