“Yuve” “Çelsi”nin təklifi ilə razılaşmadı
02.07.2023 - 18:37
“Yuve” “Çelsi”nin təklifi ilə razılaşmadı

“Yuventus” “Çelsi”nin transfer təklifini rədd edib.

Apasport.az saytı xəbər verir ki, söhbət Düşan Vlahoviçdən gedir.

London klubu serbiyalı hücumçunun transferi üçün 60 milyon avro təklif edib. Amma bu məbləğ “Yuve”nin rəhbərliyini razı salmayıb. Turin klubu Vlahoviçi 2022-ci ilin yanvarında 70+10 milyon avroya heyətinə qatıb. Əgər eyni məbləğ təklif olunarsa, turinlilər keçidə razılıq verəcəklər.

Qeyd edək ki, forvard 2022/23 mövsümündə bütün turnirlərdə 42 oyunda 14 dəfə fərqlənib.
 

0