“Yuventus” Rabio planı
10.09.2023 - 00:26
“Yuventus” Rabio planı

“Yuventus” Adrian Raboya yeni müqavilə təklif edəcək.

Apasport.az saytı xəbər verir, tərəflər arasındakı razılaşma mövsümün sonunda bitəcək.

Turin klubu fransalı futbolçunun gələcəyi ilə bağlı indidən qərar vermək istəyir. “Yuventus”un rəhbərliyi təcrübəli yarımmüdafiəçiyə maaşını azaltmaqla uzun müddətli müqavilə təklif etməyi planlaşdırır. Yığma komandaların oyunlarından sonra futbolçunun meneceri ilə görüş keçiriləcək.

Qeyd edək ki, Rabio 2023/24 mövsümünə uğurlu start götürüb. O, “Yuventus”un A seriyasında hər üç oyununda meydanda olub və bir qol vurub.
 

0