Zamiq Əliyev Albaniya Superkubokunun qalibi oldu
27.12.2024 - 00:32

Zamiq Əliyev Albaniya Superkubokunu qazanıb.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçunun çıxış etdiyi "Eqnatiya" finalda "Kukeşi" ilə qarşılaşıb.
2023/24 mövsümündə Albaniya çempionu olub və ölkə kubokuna sahib çıxan "Eqnatiya" Superkubokda da qələbə qazanıb. Zamiqin komandası kubokun finalında olduğu kimi bu dəfə də "Kukeşi"ni məğlub edib. Oyun 2:0 hesabı ilə yekunlaşıb.
Zamiqin adı iştirak ərizəsinə daxil edilsə də, o, Superkubokun finalında meydana çıxmaq şansı qazanmayıb.
- Mert Çelik: "Yaxşı komandamız var və Santuşun təcrübəsi..."
- AFFA-nın baş katibi “Barselona” klubunun nümayəndələri ilə görüşüb
- "Qarabağ" azarkeşlərinə görə ziyana düşdü
- "Zirə" Çempionlar Liqası matçlarını Bolqarıstanda keçirəcək
- "Neftçi" Meza Kollidən imtina etdi: "Ağ-qaralar" almaniyalını hədəfləyir
0
0